Xəzər Xəbər

Ukraynanın 70 faizi Avropa İttifaqına üzvlüyü dəstəkləyir

Dünya | 09:04 • 20 May 2018
Ukraynanın 70 faizi Avropa İttifaqına üzvlüyü dəstəkləyir

Ukrayna əhalisinin 70 faizi ölkənin Avropa İttifaqına üzv olmaq ideyasını dəstəkləyir.


Xezerxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Petro Poroşenko mətbuata açıqlamasında deyib.


"Avropa təkcə coğrafi baxımdan kateqoriya deyil, bu, ilk öncə müstəqilliyin, demokratiyanın, insanların hüquq və azadlıqlarının ümumi dəyəridir”, - deyə Ukrayna Prezidenti bildirib.


Prezident Petro Poroşenko Ukraynanın Avropa İttifaqına üzv olacağına əminliyini ifadə edib.

Xəbər lenti