Xəzər Xəbər

Hindistanda ağır yol qəzası baş verib: 19 ölü, 7 yaralı

Dünya | 10:51 • 19 May 2018
Hindistanda ağır yol qəzası baş verib:

Hindistanda ağır yol qəzası baş verib.

"Report" xəbər verir ki, bu barədə "ANI" agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə ölkənin şimal-qərbində, Qudcarat ştatında qeydə alınıb. Belə ki, sərnişinlərin və sement kisələrinin olduğu yük avtomobili Bxavnaqar rayonunun Bavayali kəndində aşıb. Nəticədə azı 19 nəfər həlak olub, daha 7 nəfər xəsarət alıb.

Hadisənin başvermə səbəbləri açıqlanmır.

Xəbər lenti