Xəzər Xəbər

Moskva-Həştərxan təyyarəsi geri qayıtdı Mühərrik sıradan çıxıb

Dünya | 10:48 • 19 May 2018
Moskva-Həştərxan təyyarəsi geri qayıtdı

Rusiyanın "Pobeda" aviaşirkətinə məxsus, Moskva-Həştərxan reysini həyata keçirən təyyarə təcili surətdə geri qayıtmalı olub.

Trend-in məlumatına görə, buna səbəb "Boeing" təyyarəsinin mühərriklərindən birinin sıradan çıxması olub.

Qeyd olunur ki, təyyarə geri qayıdarkən Volqoqrad vilayəti üzərində olub. Təyyarə qısa müddət sonra Vnukovo hava limanında uğurlu eniş edib. Hadisə ilə bağlı xəsarət alan olmayıb.

Sərnişinlərin digər təyyarə ilə yola salınacağı bildirilib.


Xəbər lenti