ABŞ prezident
administrasiyası İdlib də daxil olmaqla, Suriyanın şimal-qərb
rayonlarının bərpasına maliyyə yardımı ayrılmasını dayandırıb.
Bu barədə CBS ABŞ Dövlət Departamentindəki mənbəyə istinadən məlumat yayıb.
"Şimal-şərq rayonlarına kömək üçün ayrılan maliyyə Suriyanın şimal-şərq rayonlarına dəstəyin gücləndirilməsinə yönəldiləcək” – deyə CBS Dövlət Departamentindəki mənbədən sitat gətirib.
Suriyanın şimal-qərbi artıq tamamilə rəsmi Dəməşqin nəzarətindədir. Amerika rəsmisi bildirib ki, ABŞ, Suriya prezidenti Bəşər Əsədin nəzarət etdiyi regionların bərpasına pul xərcləmək istəmir.
CBS-nin məlumatına görə, söhbət 200 milyon dollardan çox vəsaitdən gedir.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Suriya üzrə dövlət proqramına yenidən baxılmasını tələb edib. 4 mayda isə Dövlət Departamentindən bildirilib ki, Suriyadakı "Bəyaz dəbilqəlilər”in də maliyyələşməsi məsələsinə yenidən baxırlar. 10 mayda isə Suriya prezidenti Bəşər Əsəd bəyan edib ki, "ABŞ-ın Suriyada yerinə yetirdiyi yeganə missiya - terrorçuları dəstəkləməkdir.”