Xəzər Xəbər

Ərdoğan bütün müsəlmanları birliyə çağırdı

Dünya | 10:07 • 19 May 2018
Ərdoğan bütün müsəlmanları birliyə çağırdı
Türkiyənin İstanbul şəhərində Qüdsdə baş verən son hadisələrlə əlaqədar İslam Əməkdaşlıq Təşkilatının (İƏT) zirvə görüşü keçirilib.


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə baş tutan toplantıda İƏT-ə üz ölkələrin rəhbərləri, dövlət rəsmiləri iştirak ediblər.

Müsəlman ölkələrinin toplantısında İsrail hərbçilərinin Qəzzada fələstinlilərə qarşı törətdiyi qətliam pislənilib. Türkiyə prezidenti İsralin qanun qarşısında cavab verməli olduğunu deyib.

"Fələstinli qardaşlarımızın apardıları mübarizədə heç vaxt tək olmadığını bildiririk. Qüds məsələsi bütün müsəlmanların davasıdır. Qüdsü əlində on minlərlə insanın qanı olan terror dövlətinin ixtiyarına buraxmayacağıq", - deyə Ərdoğan müsəlman ölkələrini Qüdsə dəstək verməyə, birliyə çağırıb.

Qeyd edək ki, zirvə toplantısında Azərbaycanı xarici işlər naziri Elmar Məmmədyarov təmsil edib.

Xəbər lenti