Xəzər Xəbər

Avropa ABŞ-ın sanksiyalarına qarşı İlk sənəd qəbul edildi

Dünya | 16:28 • 18 May 2018
Avropa ABŞ-ın sanksiyalarına qarşı
Avropa İttifaqı (Aİ) Komissiyası İranda biznesi olan Avropa şirkətlərinin ABŞ sanksiyalarından müdafiəsi üzrə ilk tədbirlər paketini qəbul edib.

TASS bildirir ki, qərara əsasən, ABŞ-ın İrana tətbiq edəcəyi sanksiyalar Avropa İttifaqı ərazisində hüquqi cəhətdən ləğv edilir.

Avrokomissiyanın dərc etdiyi bəyanatda qeyd edililib: "Bu istiqamətdə ilk addım Avropa İttifaqı şirkətlərinə ABŞ-ın eksterritorial sanksiyalarını yerinə yetirməyi qadağan edən və onlara bu sanksiyaları icra edən üçüncü şəxslərin fəaliyyəti nəticəsində üzləşdikləri zərərin məhkəmə qaydasında ödənməsini tələb etməyə icazə verən, həmçinin, Amerika sanksiyalarının yerinə yetirilməsi üzrə xarici məhkəmələrin istənilən qərarının Aİ ərazisində qüvvədə olmasını ləğv edən "bloklayıcı reqlamentin” təsdiqlənməsi olub. Bu sənədin əsas məqsədi, sadalanan tədbirlərin ABŞ sanksiyalarının ilk mərhələsinin tətbiq ediləcəyi 6 avqustadək qüvvəyə keçməsidir".

Xatırladaq ki, İranla nüvə sazişindən çıxdıqdan sonra ABŞ-ın Maliyyə Nazirliyi iki mərhələdə: avqustun 6-sı və noyabrın 4-də Tehrana qarşı enerji, maliyyə və iqtisadi sanksiyaları rəsmən bərpa edəcəklərini açıqlayıb. Mayın 15-də Brüsseldə toplaşan Avropa ölkələri isə İrana zəmanət veriblər ki, ABŞ sanksiyalarına baxmayaraq, nüvə razılaşmasında qalan Tehranın iqtisadi zərərlə üzləşməməsi üçün tədbirlər görəcəklər.

Xəbər lenti