Xəzər Xəbər

Medvedev yeni nazirlərin adlarını açıqlayıb

Dünya | 16:16 • 18 May 2018
Medvedev yeni nazirlərin adlarını açıqlayıb
Rusiyanın baş naziri Dmitri Medvedyev prezident Vladimir Putinə yeni hökumətinin kadr tərkibi ilə bağlı təkliflərini təqdim edib. Bu barədə "RİA Novosti" məlumat yayıb.

Yeni Nazirlər Kabinetində adları keçən şəxslər bunlardır: FHN rəhbəri vəzifəsinə FTX-nin keçmiş direktor əvəzi, Kalininqrad vilayətinin qubernatoru Yevgeni Ziniçev, Kənd təsərrüfatı naziri vəzifəsinə Rusiyanın təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin oğlu Dmitri Patruşev, Nəqliyyat naziri vəzifəsinə birinci müavin Yevgeni Ditrix, Tikinti naziri vəzifəsinə Tümen vilayətinin qubernatoru Vladimir Yakuşev.

Öz postlarında qalan nazirlər isə XİN rəhbəri Sergey Lavrov, daxili işlər naziri Vladimir Kolokoltsev DİN başçısı, müdafiə naziri Sergey Şoyqu, energetika Naziri Aleksandr Novak, iqtisadi inkişaf naziri Maksim Oreşkin, idman naziri Pavel Kolobkov, mədəniyyət naziri Vladimir Medinskiy, ədliyyə naziri Aleksandr Konovalov olub./FaktXəbər

Rubrikanın digər xəbərləri

Xəbər lenti