Xəzər Xəbər

800 il əvvəl batan gəmidə `Çin malıdır` yazısı aşkarlanıb FOTO

Dünya | 15:45 • 18 May 2018
800 il əvvəl batan gəmidə `Çin malıdır` yazısı aşkarlanıb
Araşdırmaçılar qrupu 800 il əvvəl Yava dənizində batan gəmidə orta əsrlər çin ustalarının «Çində hazırlanıb» imzasını aşkarlayıblar. Bu da elm adamlarına gəminin hesab olunduğundan bir əsr öncə batdığını göstərib. Söhbət 90-cı illərdə Yava dənizində özəl şirkət tərəfindən aşkarlanan gəmidən gedir.

İlk əvvəl alimlər analizlərdən sonra gəminin XIII əsrdə batdığını hesab ediblər. Lakin yeni tapıntı qəza tarixini bir əsr öncəyə aparır. Belə ki, qabın Çinin Tszyannin Fuda (Futszyan əyaləti) hazırlandığı yazılıb. Alimlərin ehtimal etdiyi tarixdə isə əyalətin adı artıq dəyişərək Tszyanin Lu adlanırdı.

Faktxəbər

Rubrikanın digər xəbərləri

Xəbər lenti