Xəzər Xəbər

İsraildən Fələstinə gözlənilməz sülh şərti

Dünya | 14:53 • 18 May 2018
İsraildən Fələstinə gözlənilməz sülh şərti
"Əgər Qüds yəhudi dövlətinin paytaxtı olmasa, İsrail Fələstinlə olan münaqişənin sülh yolu ilə nizamlanmasını istisna edir"


Bunu İsrailin Qüds məsələləri üzrə naziri Zeev Elkin "İzvestiya” qəzetinə müsahibəsində deyib.

"Qüdsün İsrailin paytaxtı kimi nəzərdə tutulmayacağı təqdirdə sülh nizamlanması olmayacaq. Elə səfirliyin köçürülməsinə etiraz da fələstinlilərdə illuziya yaradır ki, İsrailin Qüdsdəki paytaxtdan imtinasının mümkün olacağına dair sülh yolu ilə həll variantı var” – deyə Elkin vurğulayıb.

O, həmçinin bildirib ki, Qüds hələ bibliya dövrlərindən yəhudi dövlətinin paytaxtı olub: "Yəhudi dövlətçiliyinin mövcud olduğu bütün dövrlərdə paytaxt Qüdsdə idi”

Qeyd edək ki, hazırda Türkiyənin İstanbul şəhərində İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin zirvə toplantısı keçirilir. İclas ABŞ səfirliyinin Qüdsə köçürülməsinə etiraz edən fələstinlilərin İsrail hərbçiləri tərəfindən öldürülməsinə həsr olunub. /azvision.az

Xəbər lenti