Xəzər Xəbər

Skripal xəstəxanadan çıxdı, amma yeri bilinmir

Dünya | 14:36 • 18 May 2018
Skripal xəstəxanadan çıxdı, amma yeri bilinmir
Rusiya Hərbi kəşfiyyat idarəsinin sabiq polkovniki, Böyük Britaniyanın Solsberi şəhərində beyni iflic edən "Noviçok” kimyəvi maddəsindən zəhərləndiyi bildirilən Sergey Skripal xəstəxanadan evə buraxılıb.


Bu barədə Britaniyanın Səhiyyə Nazirliyi məlumat yayıb.

"Baxmayaraq ki, pasiyentlərimizi artıq evə buraxmışıq, onlar gizlilik hüququna malikdirlər. Bu isə həmin şəxslərin keçdiyi müalicə barədə ətraflı hesabat verməkdə bizim səlahiyyətimizi məhdudlaşdırır” – deyə bildirilib.

Bundan əvvəl isə Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova bildirmişdi ki, Moskva Londondakı səfirliyi vasitəsilə keçmiş kəşfiyyatçı Sergey Skripal və qızı Yuliya Skripalla şəxsən təmas qurmaq üçün imkan yaradılması ilə bağlı tələbini davam etdirəcək. /azvision.az

Rubrikanın digər xəbərləri

Xəbər lenti