Xəzər Xəbər

Fransa Suriyaya görə sanksiyalar tətbiq etdi

Dünya | 14:31 • 18 May 2018
Fransa Suriyaya görə sanksiyalar tətbiq etdi
Fransa hökuməti Suriyada kimyəvi silah hazırlanmasında əlaqəsi olduğu ehtimal edilən 3 fiziki şəxsin və 9 şirkətin aktivlərini dondurub.


Bu barədə Fransa xarici işlər naziri Jan İv le Drian və iqtisadiyyat naziri Bruno Le Merin yaydığı birgə məlumatda bildirilib.

"Suriyadakı elmi-tədqiqat mərkəzi üçün bu ölkənin kimyəvi və ballistik potensialının inkişafında istifadə olunan materialların verilməsi, yaxud bunda iştiraka görə 3 nəfər və 9 şirkət sanksiya siyahısına salınıb. Həmin mərkəzin maraqları üçün işləyən 3 şəbəkəyə qarşı da tədbirlər görülüb”, - deyə məlumatda vurğulanıb.

Fransanın xarici işlər naziri Jan İv le Drian daha əvvəl qeyd etmişdi ki, Qərbin hava zərbələrindən sonra Suriya kimyəvi silah hazırlaya bilməyəcək.

Xəbər lenti