"2016-cı ildə
Ermənistan qlobal iqtisadi çətinlik reytinqində 137-ci yerdə idi. Bu, o
deməkdir ki, Ermənistanda onu məhsul və xidmətlərin ciddi ixracatçısına
çevirəcək "nou-hau” yoxdur. Ermənistan hakimiyyəti bunun üçün ayrıca güc
sərf etməlidir.”
XəzərXəbər xəbər verir ki, bu barədə məşhur "Forbes" jurnalında dərc olunan analitik məqalədə qeyd olunub.
Nəşr
müxalif lider Nikol Paşinyanın "məxməri inqilab” yolu ilə Ermənistanın
baş naziri seçilməsindən sonra ölkə iqtisadiyyatını gələcəkdə nələrin
gözlədiyinə dair məqalə dərc edib. Məqalədə bildirilib ki, Cənubi Qafqazın
bu ölkəsindəki hakimiyyət dəyişikliyini "islahatlar erasının"
başlanğıcı hesab etmək olar. Çünki institusional islahatlar inkişaf
etməkdə olan istənilən ölkənin iqtisadi transformasiyası üçün həlledici
amildir.
"Bunun üçün Ermənistanın siyasi-iqtisadi sistemindəki
neqativ hallar aradan qaldırılmalıdır. Mülkiyyət hüququnun etibarlı
təminatı, biznesin qeydiyyatı müddətinin azaldılması, məhkəmələrin
sürətli və etibarlı işi iqtisadiyyatın yaxşılaşmasına kömək edə bilər".
"Forbes"
yazır ki, iqtisadi artımın dayanıqlı olması üçün institusional
islahatlar kifayət etmir. Bu mənada Ermənistanın qonşusu Gürcüstan
nümunə gətirilərək bildirilir ki, islahatlar bu ölkədə mülkiyyətin
qorunması və digər məsələlərdə əhəmiyyətli irəliləyiş yaratsa da,
Gürcüstandakı iqtisadi artım o qədər də təsirli olmadı.
"Ermənistan
kimi ölkələrdə islahatlardan sonra əsasən sadə xidmət sahələrinin
inkişafı müşahidə olunacaq. Lakin bu inkişaf çox uzun çəkə bilməz. Çünki
sadə xidmətlər həyatı nisbətən komfortlu etsə də, avtomobil, müasir
elektronika, tibbi sahə və digərlərinin inkişafı və onlardan istifadə
daha çox fayda gətirir. Lakin bütün bu məhsulların və xidmətlərin
istehsalı üçün Ermənistanda "nou-hau” olmadığından, onları dollar və
avro ödəməklə beynəlxalq bazardan alırlar. Bunun üçün isə Ermənistan
həmin valyutalarla gəlir qazanmağı bacarmalıdır, yəni öz məhsul və
xidmətlərini ixrac etməlidir”- deyə məqalədə qeyd olunub.
Bununla
yanaşı indiki iqtisadi vəziyyətdə Ermənistanın bunun öhdəsindən gələ
biləcəyinə şübhə ilə yanaşılır: "2016-cı ildə Ermənistan qlobal iqtisadi
çətinlik reytinqində 137-ci yerdə idi. Bu, o deməkdir ki, Ermənistanda
onu məhsul və xidmətlərin ciddi ixracatçısına çevirəcək "nou-hau”, demək
olar ki, yoxdur. Ermənistan hakimiyyəti bunun üçün ayrıca güc sərf
etməlidir.”
Həmçinin vurğulanıb ki, Ermənistanın ciddi loqistik
və nəqliyyat problemləri var. "Forbes"in təhlilinə əsasən, Ermənistanda
iqtisadi artıma kömək edə biləcək yeganə sahə turuzmdir. Lakin bu
məsələdə də ölkənin problemləri var. Turizmin inkişafı üçün mövcud
infrastruktur olduqca zəifdir. Bunun üçün Ermənistan onilliklər ərzində
turizm sektorunu yeniləməlidir.
"Forbes" hətta bu məsələdə də
Ermənistanın çıxılmaz durumunu göstərib: "Problem ondadır ki, yeni
otellər və nəqliyyat infrastrukturu üçün Ermənistan pulu hardan
götürsün?. Amma Ermənistanda istənilən sahənin yaradılmasında bu
problemlə üzləşirlər. Onun həlli isə həmişə olduğu kimi, standartdır –
beynəlxalq maliyyə təşkilatlarından borc almaq, erməni diasporasının
yardımı və əgər siyasi məqsədlə verilmirsə, Rusiya kreditləri” .