Xəzər Xəbər

ABŞ-ın embarqosu Hindistanı silahsız qoya bilər

Dünya | 12:50 • 18 May 2018
ABŞ-ın embarqosu Hindistanı silahsız qoya bilər
ABŞ-ın Rusiya şirkətlərinə tətbiq etdiyi sanksiyalar Hindistanı silahsız qoya bilər. Buna səbəb Hindistanın müdafiə ixracının üçdəbir hissəsinin Rusiyanın payına düşməsidir.

Birləşmiş Ştatların sanksiyaları Hindistana yeni silah almaqla yanaşı, mövcud arsenalını dəstəkləməyə də mane olur.

Qeyd edək ki, Hindistanla Rusiya arasındakı strateji tərəfdaşlıq beş sahəni əhatə edir. Bunlar siyasət, müdafiə, nüvə energetikası, terrorizmə qarşı mübarizə və kosmik fəza sahələridir. 2025-ci ilə qədər tərəflər arasındakı ticarət dövriyyəsinin 30 milyard ABŞ dolları həcmində olacağı gözlənilir./faktxəbər

Xəbər lenti