Xəzər Xəbər

Ebola virusu yenə can aldı

Dünya | 12:36 • 18 May 2018
Ebola virusu yenə can aldı

Konqo Demokratik Respublikasında Ebola virusuna 11 təsdiqlənmiş yeni yoluxma halı qeydə alınıb.

Trend-in məlumatına görə, ölkənin səhiyyə nazirliyi bildirib ki, virusa yoluxan 11 nəfərdən ikisi ölüb.

Ümumilikdə, son məlumatlara əsasən, 45 virusa yoluxma halı qeydə alınıb, onlardan 14-ü təsdiq edilib. Hazırda ölkə Səhiyyə Nazirliyi 25 nəfərin öldüyü barədə məlumat alıb, lakin ölümlərin Ebola virusu ilə əlaqəsi hələki təsdiq edilməyib.

Son 11 təsdiqlənmiş yoluxma halı Mbandake şəhərində qeydə alınıb. Həkimlər xəstələrlə ünsiyyətdə olan 500-dən artıq insanı nəzarət altına alıb.

Xəbər lenti