Avropa İttifaqına
daxil olmaq istəyinə baxmayaraq, Serbiya Rusiya ilə dostluğunu unutmur
və ona görə də, Belqrad Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarına
heç vaxt qoşulmayacaq.
XəzərXəbər xəbər verir ki, bu sözləri Serbiya prezidenti Aleksandr Vuçiç Almaniyanın "Rheinische Post" nəşrinə müsahibəsində deyib.
O,
Rusiya prezidenti Vladimir Putinə olan münasibətindən də söz açıb: "Mən
onu çox yaxşı tanıyıram və böyük hörmət bəsləyirəm. O, çox ağıllı
insandır. Və mən bilirəm ki, Serbiya ona güvənə bilər. 3 dəfə onun
təcili köməyinə ehtiyacım olub və hər üçündə də mən dərhal onunla
telefon əlaqəsi yaratmışam”
Vuçiç onu da vurğulayıb ki, Putin heç zaman Serbiyanın Avropa İttifaqına daxil olmaq istəyinin əleyhinə çıxış etməyib. NATO ilə əlaqələrə gəldikdə isə Vuçiç burada Rusiya maraqlarının nəzərə alındığına eyham vurub.
"Serbiyanın NATO-ya
daxil olması Rusiya üçün problem ola bilər, amma bu cür variant mümkün
deyil. Çünki Serbiya neytrallığını qoruyub saxlamaq istəyir.” – deyə
Vuçiç vurğulayıb.