Fələstin Macarıstan, Rumıniya, Avstriya və Çexiyadakı səfirlərini geri çağırıb.
XəzərXəbər xəbər verir ki, bu barədə Fələstin Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Qeyd edək ki, Vaşinqtonun İsraildəki səfirliyini Təl-Əvivdən Qüdsə köçürməsi ilə əlaqədar, Fələstin bundan öncə ABŞ-dakı səfirliyini də geri çağırıb.
Mayın 14-də ABŞ səfirliyinin Qüdsə
köçürülməsinə etiraz edən 10 mindən çox fələstinlinin Qəzza zonasındakı
aksiyasını dağıtmaq üçün İsrail ordusu silahlı güc tətbiq edib.
Nəticədə 59 fələstinli ölüb, 2771 nəfəri yaralanıb.