Xəzər Xəbər

Roma Papası Yaxın Şərqdəki vəziyyət haqda: Zorakılıq heç vaxt sülh gətirmir

Dünya | 16:02 • 16 May 2018
Roma Papası Yaxın Şərqdəki vəziyyət haqda:

Roma Papası I Fransisk Fələstin və İsrail arasında gərginliklə bağlı narahatlığını bildirib.


Vatikanda keçirilən mərasim zamanı çıxış edən Roma Papası tərəfləri sülh və əmin-amanlıq naminə dialoqa çağırıb.


I Fransisk bildirib ki, zorakılıq nəticəsində həlak olanlar və onların yaxınları üçün dualarını davam etdirir: "Zorakılıq heç vaxt sülhə gətirib çıxarmır. Müharibə müharibəyə, zorakılıq zorakılığa sövq edir. Mən bütün tərəfləri öz öhdəliklərini yerinə yetirməyə çağırıram ki, ədalət və sülh qələbə çalsın”.(Trend)

Xəbər lenti