Xəzər Xəbər

Türkiyə və Səudiyyə Ərəbistanı liderləri arasında telefon danışığı olub

Dünya | 09:29 • 16 May 2018
Türkiyə və Səudiyyə Ərəbistanı liderləri arasında telefon danışığı olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz Al Səudla telefonla danışıb.


Xezerxeber.az xəbər verir ki, Prezidentin mətbuat xidmətinin məlumatına görə, Rəcəb Tayyib Ərdoğan Londondakı təmaslarını bitirdikdən dərhal sonra Kralla apardığı telefon danışığında Fələstindəki son hadisələri müzakirə edib.


Qeyd olunub ki, müsəlmanlar bu məsələdə ortaq mövqe nümayiş etdirməlidir. Söhbət zamanı, həmçinin İslam Əməkdaşlıq Təşkilatının bu yaxınlarda İstanbulda keçiriləcək toplantısı ilə bağlı fikir mübadiləsi aparılıb.

Xəbər lenti