Xəzər Xəbər

Lavrov: "ABŞ kütləvi təzyiqə keçib"

Dünya | 15:36 • 15 May 2018
Lavrov:
Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ı İranla nüvə sazişinin iştirakçılarına təzyiq göstərməkdə itiham edib.


Bu barədə Lavrov RT agentliyinin suallarını cavablandırarkən deyib.

"Biz görürük ki, İranla nüvə razılaşmasının iştirakçılarına ciddi təzyiq edilir və ABŞ artıq onların İranla ticarəti, o cümlədən bu ölkəyə müəyyən məhsulların göndərilməsi və İrandan neft məhsullarının alışının dayandırılmasının vacibliyi barədə ultimatumlar irəli sürür. Və onlara 60-90 gün vaxt verilib” , -deyə Lavrov bildirib.

Lavrov ABŞ-ın addımlarını "kütləvi təzyiq planı” adlandırıb. Həmçinin əlavə edib ki, ABŞ İranın nüvə proqramına dair hərtərəfli müştərək fəaliyyət planından çıxmaqla, bu sənədə olan bütün hüquqularını itirib.

Qeyd edək ki, daha öncə İran xarici işlər naziri Məhəmməd Cavad Zərif beynəlxalq hüquq və qaydaları pozmağın Vaşinqton üçün bir növ vərdişə çevrildiyini bəyan etmişdi.

Xəbər lenti