Xəzər Xəbər

Məsciddə qətliam: Namaz qılanların boğazlarını kəsdilər, ölü və yaralılar var

Dünya | 14:23 • 11 May 2018
Məsciddə qətliam:

Üç silahlı və bıçaqlı şəxs Cənubi Afrikanın Durban şəhərində müsəlmanların məscidinə girərək namaz qılanların boğazını kəsib.

Qanlı olay zamanı bir nəfər həyatını itirib, yaralılar var. Bir nəfər isə məscidin pəncərəsindən tullanaraq qaçıb. Xilasetmə dəstəsinin yaydığı məlumata görə, hücum edən şəxslər məscidi atəşə tutublar.

Xilasetmə qrupunun sözçüsü Prem Balram bunları deyib:

"Hücuma məruz qalanlardan biri xəstəxana yolunda həyatını itirdi. Digər ikisinin vəziyyəti ağırdır.”

Cənubi Afrika polisi isə məscidə hücumun arxasındakı səbəbi araşdırmağa başlayıb.

Xəbər lenti