Xəzər Xəbər

RƏSMİ Ankara: Türkiyə İranla ticarət əlaqələrini davam etdirəcək

Dünya | 14:09 • 11 May 2018
RƏSMİ Ankara:

Türkiyə BMT-nin tələblərini pozmadan İranla ticarət əlaqələrini davam etdirəcək.

Trend-in məlumatına görə, bunu Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi deyib.

Nazir qeyd edib: "ABŞ-ın İrana qarşı sanksiyaları Türkiyə üçün imkan açır. Biz BMT-nin tələblərini pozmadan İranla ticarət əlaqələrini davam etdirəcəyik".

Qeyd edək ki, bir neçə gün öncə ABŞ prezidenti Donald Tramp Ağ Evdə çıxışı zamanı İrana qarşı sanksiyaların bərpasından danışıb. Amerikalı lider bildirib:

"Biz ən yüksək səviyyədə iqtisadi sanksiyaları qaytaracağıq. İrana onun nüvə istəklərində kömək edən hər bir ölkə ABŞ tərəfindən sanksiyalara məruz qala bilər. Amerika nüvə şantajının əsiri olmayacaq".

Ötən gün isə ABŞ İranın İslam İnqilabı Keşikçiləri Korpusunun 6 nümayəndəsinə qarşı sanksiyalar tətbiq edib. Sanksiyalar bununla yanaşı, 3 şirkətə də şamil olunub.

Xəbər lenti