Xəzər Xəbər

Pakistanda partlayış törədilib, həlak olanlar var

Dünya | 14:06 • 11 May 2018
Pakistanda partlayış törədilib, həlak olanlar var

Pakistanın şimal-şərqindəki Peşəvər şəhərində hotellərin birində partlayış baş verib.

Partlayış nəticəsində bir ailənin 5 üzvü həlak olub. Məlumata görə, insident nəticəsində daha iki nəfər xəsarət alıb.

Polis partlayışla bağlı hazırda iki versiya üzərində işləyir. Hadisənin partlayıcı qurğunun işə düşməsi və ya qaz sızması nəticəsində baş verdiyi ehtimal olunur.

Digər təfərrüatlar hələlik məlum deyil. (Trend)

Xəbər lenti