Ermənistanda hərbi-texniki elmi təhqiqat institutu yaradılacaq.
Bu barədə baş nazir Nikol Paşinyanın bu gün keçirdiyi ilk hökumət iclasında qərar verilib.
Təklif
və layihəni müdafiə nazirinin müavini David Paxçanyan irəli sürüb.
Ermənistan ordusu və hərbi-texniki təchizatının zəifliyindən şikayət
edən Paşinyan iclasda bildirib ki, hazırda ölkənin hərbi-sənaye
kompleksi, demək olar ki, tam olaraq özəl sektorun yardımı ilə işləyir.
O,
hətta sarkazmla Ermənistanın hərbi sənayesinin yarıtmaz vəziyyətdə
olmasına da işarə edib: "Biz yeni hərbi-texniki elmi təhqiqat
institutunu özəl sektorla əməkdaşlığa son qoymaq üçün yaradırıq, yoxsa
istehsalımızın həcmi o qədər böyükdür ki, əlavə dövlət strukturunun da
yaranmasına ehtiyac var?”
Paxçanyan isə cavab verib ki, "yeni
struktur istehsalla deyil, strateji-texniki məsələlərin həlli ilə məşğul
olacaq. Çünki Ermənistanda indi bu sahədə iş çox sistemsiz aparılır.”/azvision.az