Xəzər Xəbər

Əsgər anaları Paşinyandan kömək istədilər: “Övladlarımızın qatillərini tapın!”

Dünya | 13:19 • 11 May 2018
Əsgər anaları Paşinyandan kömək istədilər:

Ermənistanın yeni baş naziri Nikol Paşinyan bu posta seçildikdən sonra ilk etirazla qarşılaşıb.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, əsgər anaları hərbi xidmət zamanı ölən övladlarının qatillərinin cəzalandırılmasını tələb ediblər.

Onların əksəriyyəti övladlarının sui-qəsd etmədiklərini və rəsmi versiyanın həqiqəti əks etdirmədiyini bildiriblər. Onlar övladlarının bədənində ciddi zorakılıq izlərinin aşkar olunduğunu deyiblər.


"Övladlarımızın qatillərini tapın. Onlar intihar etməyiblər, öldürülüblər. Müdafiə Nazirliyi yalan danışırdı".

Xəbər lenti