Xəzər Xəbər

Gəzintiyə çıxan cütlüyü “Qar adam” qarşıladı – Şok olay

Dünya | 13:19 • 11 May 2018
Gəzintiyə çıxan cütlüyü “Qar adam” qarşıladı

ABŞ-da Nyu Cersi ştatındakı Brauns Mils şəhərində Birna Brendana adlı qoruqda bu il aprelin 7-də həyat yoldaşı Deyv ilə gəzintiyə çıxan Trişa qulyabani qeyri-adi "Qar adam” gördüklərini bildirib.

Cütlük qoruqda bir qədər gəzdikdən sonra çox xoşagəlməz, qəribə qoxu hiss ediblər. Onlar bunu küf qoxusuna bənzədib və çox təəcübləniblər. Çünki burda daha əvvəl belə bir qorxu hiss etməyiblər.

Bu qoxuya görə onlar evə qayıtmaq qərarına gəliblər. Maşınla bir qədər getdikdən sonra Trişa gölün yaxınlığında fotolar çəkdirmək istədiyinə görə maşını saxlayıb.

Sükan arxasında olan Trişa güzgüdən arxada tünd qəhvəyi rəngdə, ucaboylu "Qar adamı” görüb. Onun 2 metrə yaxın boyu vardı. "Qar adam” birdən yoxa çıxıb. Trisha gözlərinə inanmayıb: "Düşündüm ki, bəlkə baxışım məni aldatdı, amma o, real idi.”

Oradan biraz uzaqlaşdıqdan sonra qadın həyat yoldaşına gördüyü məxluq haqqında danışıb və sonra yenidən gölün ətrafına qayıdıblar.

Yol boyu onlar çox qəribə səslər eşidib. Sanki kimsə "Vay, vay, vay” deyərək qışqırıb.

Onlar əvvəlcə bunun mühərrikin səsi olduğunu düşünüblər. Amma sonra az öncə gördükləri məxluqun onları qorxutmağa çalışdığı qərarına gəliblər.

Onlar körpüyə çatanda yenə qəribə səs eşidiblər. Sanki ətrafdakı ağacların budaqları qırılırmış. Ardınca isə elə bil böyük bir canlının suya düşdüyünü hiss ediblər.

Bundan sonra isə göldə qeyri-adi heç nə baş verməyin. Evə qayıtdıqdan sonra Deyv və Trişa olayı müzakirə ediblər. Qadın, gördüklərinin nə bir maral, nə də ayı olmadığından əmin idi.

Qısa müddətdən sonra cütlük Bigfut Sahə Tədqiqat Təşkilatının kriptozoloqları ilə əlaqə yaradıb və gördüklərini anladıblar. Sonra kriptozoloqlarla birgə o gölün sahilinə getsələr də, heç bir iz tapa bilməyiblər.

Ancaq təşkilat nümayəndəsi cütlüyün danışdıqlarını həqiqət kimi qəbul edib./Teleqraf.com

Xəbər lenti