Xəzər Xəbər

Ruhani ilə Merkel telefon danışıqları aparıblar

Dünya | 10:59 • 11 May 2018
Ruhani ilə Merkel telefon danışıqları aparıblar

İran prezidenti Həsən Ruhani Almaniya kansleri Anqela Merkellə telefon danışığında dövlətinin Suriya siyasəti barədə danışıb. «Moskovskiy komsomoles»un verdiyi məlumata görə, bu barədə kanslerin saytında məlumat verilib.

Onun sözlərinə görə, Tehran regional sabitliyin və təhlükəsizliyin qurulmasının tərəfdarıdır: «İranın hədəfi regionda yeni münaqişə yaratmaq deyil, əksinə gərginliyini azaltmaqdır».

İİR prezidentibildirib ki, İran hərbi korpusu İŞİD-lə mübarizə aparmaq üçün Suriya ərazisindədir.

«İranın İŞİD terrorçularına qarşı İraq və Suriya xalqları ilə birlikdə mübarizəsi nəticəsində Suriya daha təhlükəsiz olub, İraqda nisbətən sabitlik bərpa olub. Bu nəinki regionun, hətta Avropa daxil olmaqla bütün dünyanın marağındadır», - deyə Ruhani əlavə edib.

Xəbər lenti