Xəzər Xəbər

Şimali və Cənubi Koreya arasında ilk “qaynar xətt” açılır

Dünya | 10:14 • 11 May 2018
Şimali və Cənubi Koreya arasında ilk “qaynar xətt” açılır
Cənubi Koreya prezidenti Mun Çje İn Şimali Koreya-ABŞ sammitinədək Kim Çen Inla "qaynar” telefon xətti ilə danışıqlar aparacaq.


Bu barədə "Renhap" agentliyi Cənubi Koreya prezident administrasiyasına istinadən məlumat yayıb. Bildirilib ki, telefon danışığı tezliklə gerçəkləşdiriləcək.

Xatırladaq ki, bu, Koreyanın Şimalı və Cənubu arasında "qaynar xətt”lə aparılan ilk danışıqlar olacaq. Bu arada, Cənubi Koreya prezident administrasiyasının rəsmisi Kim Iy Qyom jurnalistlərə açıqlamasında bildirib ki, rəsmi Seul 12 iyun Sinqapurda keçiriləcək Şimali Koreya-ABŞ sammitində Koreya yarımadasının nüvəsizşləşdirilməsi və daimi sülhün əldə olunacağına ümid edir.

Xəbər lenti