Xəzər Xəbər

Merkel: Avropa daha ABŞ-a güvənə bilməz

Dünya | 18:22 • 10 May 2018
Merkel:
Təhlükəsizliyin təmin olunması məsələsində Avropa daha ABŞ-a güvənə bilməz.


Bu sözləri Almaniya kansleri Angela Merkel Fransa prezidenti Emmanuel Makrona Böyük Karl mükafatını təqdimetmə mərasimində deyib. O, Avropa ölkələrini bundan sonra öz talelərinə sərbəst şəkildə nəzarət etməyə başlamağa çağırıb.

"ABŞ-ın bizi sadəcə müdafiə etdiyi zamanlar artıq geridə qaldı. Odur ki, Avropa öz taleyini öz əllərinə götürməlidir. Bizim gələcəyə hesablanan vəzifəmiz məhz bundan ibarətdir.” – deyə Merkel bildirib.

Qeyd edək ki, Merkel bu bəyanatı ABŞ prezidenti Donald Trampın 8 mayda İranla nüvə sazişindən birtərəfli qaydada çıxmasından sonra səsləndirib. Almaniya Trampın bu qərarına qarşı çıxaraq, sazişi həm regional, həm də qlobal sabitlik üçün vacib sənəd adlandırıb.

Xəbər lenti