Xəzər Xəbər

Paşinyandan ilk təyinat 30 yaşlı biznesmeni rəhbər gətirdi

Dünya | 17:37 • 10 May 2018
Paşinyandan ilk təyinat
Ermənistanın baş naziri Nikol Paşinyan Eduard Ağacanyanın ölkənin baş nazir aparatına rəhbər təyin olunması ilə bağlı sərəncam imzalayıb.


Hökumətin mətbuat xidmətindən bildirilib ki, sərəncam Ermənistanın "İctimai xidmət haqqında” qanununun 9 maddəsinin 13-cü bəndi əsas götürülərək imzalanıb.



Qeyd edək ki, Eduard Ağacanyan 1988-ci ildə İrəvanda anadan olub. 2005-ci ildə "Kuparyan” özəl liseyini bitirib. 2012-ci ildə Monako beynəlxalq universitetində inzibatçılıq fakültəsində bakalavr dərəcəsi alıb. 2016-ci ildə həmin universitetdə, maliyyə aktivlərinin idarə olunması fakültəsində magistr dərəcəsi alıb. O, 2014-2017-ci illərdə sahibkarlıqla məşğul olub.

Xəbər lenti