Xəzər Xəbər

Ölümcül virusla insanın ilk tanışlığı

Dünya | 16:55 • 10 May 2018
Ölümcül virusla insanın ilk tanışlığı

4,5 min il əvvəl yaşayan qədim insanda hepatit B aşkar edilib.

Kopenhagen Universitetinin mütəxəssislərinin apardığı araşdırma belə nəticəni üzə çıxaırb. Belə ki, 4,5 min il əvvəl yaşamış insanın dişlərində aparılan DNA analizləri onun hepatit B-yə yoluxduğunu göstərib.

Araşdırma aparılan 25 nəfər arasında 4,5 min il əvvəl yaşamış insanın qalıqları da olub.

Beləliklə hepatit B-nin nə zamandan insan orqanzimində özünü biruzə verməsinə dair əvvəlki məlumatlar aktuallığını itirib. Belə ki, daha əvvəl aparılan araşdırmalar Hepatit B-yə insan oqranizmində 450 il əvvəl təsadüf edildiyini sübut edib. İndi isə məlum olur ki, bu tarix daha qədimdir. Belə ki, Avrasiyada bir neçə min il əvvəl yaşayan insanlar da bu təhlükəli və ölümcül xəstəliyə yoluxublar. /cebhe

Rubrikanın digər xəbərləri

Xəbər lenti