Xəzər Xəbər

"Kimyəvi silahımız yoxdur" Əsəd ilk dəfə açıqladı

Dünya | 16:49 • 10 May 2018
"Kimyəvi silahımız yoxdur"

Dumada kimyəvi silah istifadə edilməsinə görə ABŞ, Fransa və İngiltərənin həyata keçirdiyi əməliyyatdan sonra Əsəd ilk açıqlamasını verib. O, kimyəvi silah bazasının olmadığını deyib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Suriya prezidenti Bəşər Əsəd ölkəsinin 2013-cü ildən etibarən kimyəvi bazaya sahib olmadığını deyib. O, Şərqi Qutada hökümətin kimyəvi silah istifadəsi ilə bağlı iddiaları rədd edib.

Suriya Yunanıstanın "Kathimerini” qəzetinə müsahibə verib. Əsəd müsahibəsində bu sözləri səsləndirib:

"Kimyəvi silahlarla bağlı beynəlxalq təşkilatlar araşdırma apardı. Əlimizdə kimyəvi silahın olmadığını təsdiqlədilər. Suriya ordusunun uğurlu hərbi əməliyyatlarından sonra bu iddiaların səsləndirilməsi ağılsızlıqdır. Bu Suriya ordusuna hücum etmək üçün növbəti oyundur. Terrorçular məğlub olduğu üçün ABŞ, Fransa, İngiltərə və Suriya əlehinə olan müttəfiqlər əllərindəki əsas kartları itirdilər. Terrorçular görə növbəti oyuna əl atırlar.

Xəbər lenti