Xəzər Xəbər

15 CHP-li geri döndü: Kılıcdaroğludan TƏLİMAT

Dünya | 16:34 • 10 May 2018
15 CHP-li geri döndü:

Türkiyədə müxalifətdə olan "İyi" Partiyaya keçən 15 millət vəkili CHP-yə geri dönüb.

Onların geri dönüşü partiya sədri Kamal Kılıcdaroğlunun təlimatıyla olub.

CHP-dən istefa verərək "İyi” Partiyanın sıralarına qoşulan deputatlar qərarları barədə özləri məlumat verib. İclasdan sonra deputatlar CHP-dəki mövqelərinə geri dönüblər. CHP qrup başqan vəkili Özgür Özəl açqlamasında "Onlar getdikləri şəhərlərdə alqışla qarşılanıblar. Hətta restoranlarda yeməyə görə onlardan pul almayıblar. Artıq vəzifələrini tamamlayıblar, dostlarımız evlərinə döndülər",-deyib.

Xatırladaq ki, Türkiyədə erkən seçki qərarı verildikdən sonra "İyi” Partiyanın sədri Meral Akşenerin namizəd ola bilməsi üçün parlamentdəki deputat yeri kəsirini doldurmaq üçün CHP-dən 15 deputat "İyi" Partiyaya keçdiyini bəyan etmişdi. M.Akşener isə namizədliyini 100 min imza ilə təsdiqlədəcəyini bəyan etdikdən sonra CHP-çilər öz partiyalarına qayıtmalı olublar.

Xəbər lenti