Xəzər Xəbər

İndoneziyada həbsxanada baş vermiş qiyam yatırılıb

Dünya | 15:46 • 10 May 2018
İndoneziyada həbsxanada baş vermiş qiyam yatırılıb

İndoneziyanın təhlükəsizlik xidməti məhbusların qiyamını yatırıb. Beş polis zabitinin həlak olduğu qiyamdan sonra həbsxanada vəziyyət sabitdir.


Terrorçuluq maddəsi ilə ittiham edilən məhkumların olduğu həbsxanada qiyam mayın 8-də başlayıb. Təhlükəsizlik naziri qarşıdurmanın mayın 10-da səhər saatlarında yatırdıldığını bildirib. "Təqribən 145 məhbus müqavimət göstərmədən təslim olub. Müqavimət göstərənlər isə təhlükəsizlik qüvvələrinin qarşısında davam gətirə bilməyiblər”, - deyə nazir qeyd edib. (AZƏRTAC)

Xəbər lenti