Xəzər Xəbər

Macarıstanda dəmir yolu ilə səyahət populyarlaşır

Dünya | 15:45 • 10 May 2018
Macarıstanda dəmir yolu ilə

Macarıstan dəmir yolları şirkəti (MÁV) bildirib ki, ölkənin dəmir yolu infrastrukturu gözəçarpan dərəcədə inkişafa nail olub. Buraya yolların tikintisi və yenidən qurulması, yeni lokomotivlərin alınması və xidmət keyfiyyətinin artırılması daxildir.

2016-cı ildə qatarların mənzil başına vaxtında çatması dəqiqliyi 90,72 faiz təşkil edib. 2017-ci ildə bu göstərici 88,3 faizədək aşağı düşsə də, 2018-ci ilin birinci rübündə 91,2 faizədək artıb. Bu, digər Avropa dəmir yollarının ötənilki göstəricilərinə müvafiqdir: İsveçrədə 89 faiz və Belçikada 88,3 faiz.

Hazırda Balaton gölü ərazisi istiqamətinə gediş daha populyardır. Burada daşımada 8,6 faiz artım müşahidə olunur.

"MÁV” şirkəti ümumilikdə, 2015-2016-cı illərdə sərnişin axını artımının 2,3 milyon və 2016-2017-ci illərdə 1 milyon təşkil etdiyini bildirib./Metbuat.az

Xəbər lenti