Xəzər Xəbər

Obamanın illər əvvəlki PROQNOZU Yeni böyük müharibəyə QAPI AÇILDI

Dünya | 14:04 • 10 May 2018
Obamanın illər əvvəlki PROQNOZU

Rusiya Elmlər Akademiyasının ABŞ və Kanada İnstitutunun əsas elmi işçisi, iqtisad elmləri doktoru Vladimir Vasilyev ABŞ-ın İranla nüvə sazişindən çıxışının mümkün nəticələrini şərh edib.

O, "Russia Today" (RT) kanalının saytına açıqlamasında prezident Donald Trampın qərarının həm daxili, həm də xarici siyasi mənasının olduğunu bildirib.

"Tramp seçkiqabağı kampaniyasının gedişatında sazişdən çıxacağına söz verdi. Bu, onun şəxsi təşəbbüsü deyil, Respublika Partiyasının ümumi mövqeyidir. ABŞ-ın nüvə razılaşmasından çıxışı Trampın partiya çərçivəsində, xüsusən Senatda nüfuzunu artırır. İkinci vacib an 2018-ci il ABŞ Konqresinə aralıq seçkilərlə bağlıdır. Tramp bu istiqamətdə əhəmiyyətli addım atdı”, - Vasilyev qeyd edib.

Ekspert əlavə edib ki, sazişdən çıxışın nəticələrindən biri Səudiyyə Ərəbistanının başçılıq etdiyi Fars körfəzi ölkələr və İran arasında ziddiyyətlərinin gücləndirilməsi ola bilər.

"Obama deyirdi ki, Yaxın və Orta Şərqdə yeni böyük müharibə bu sazişin alternatividir. Saziş beynəlxalq diplomatiyanın əhəmiyyətli nailiyyətidir. Demokratlar Partiyasının bir hissəsi, həmçinin Obama, Klinton və Kerri Trampın qərarına qarşı çıxacaq. Tramp Obamanın mirasını ardıcıllıqla sökür və demokratlar Trampın impiçmenti üçün təzyiqin bütün növlərini gücləndirəcəklər. Yaxın və Orta Şərqdə vəziyyət mürəkkəbləşəcək”, - Vasilyev güman edir.

Bundan başqa, onun sözlərinə görə, Trampın qərarı Koreya Xalq Demokratik Respublikası ilə qarşıdakı danışıqlara mənfi təsir göstərə bilər.

Qeyd edək ki, dünən ABŞ prezidenti Donald Tramp İranın nüvə proqramı üzrə Birgə hərtərəfli İş Planından çıxmaq barədə qərar qəbul edib. Ağ Evin başçısı hesab edir ki, saziş İranın nüvə silahı əldə etməsinin qarşısını tamamilə ala bilməyib./publika.az

Xəbər lenti