Xəzər Xəbər

Netanyahu: Rusiya bizə Suriyada mane olmayacaq

Dünya | 12:31 • 10 May 2018
Netanyahu:
"Rusiya Suriyada İsrailin hərəkətlərinə mane olmayacaq". "Reuters" bildirir ki, bu sözləri İsrailin baş naziri Benyamin Netanyahu Rusiya prezidenti Vladimir Putinlə danışıqlarının yekunları üzrə bəyan edib.

"Suriyada indi baş verənləri nəzərə alsaq İsrail və Rusiya hərbçiləri arasında təsadüfi toqquşmalara yol verməməyi davam etdirmək lazımdır",-deyə Netanyahu vurğulayıb.

Qeyd edək ki, İsrail aviasiyası Suriya ərazisində hökumət qüvvələrinin Hava Hücumundan Müdafiə batareyaları və İranın ərbi obyektlərinə hücum edib./faktxəbər

Xəbər lenti