Xəzər Xəbər

ABŞ-dan İrana XƏBƏRDARLIQ

Dünya | 11:48 • 10 May 2018
ABŞ-dan İrana

ABŞ Prezidenti Donald Tramp İranın nüvə proqramını yeniləyəcəyi təqdirdə, daha sərt sanksiyaların tətbiq olunacağını bəyan edib.

Trend-in məlumatına görə, Tramp deyib ki, İran bu addımı atarsa, ona tarixdə görünməmiş sərt sanksiyalar tətbiq ediləcək ki, hələ heç bir ölkəyə qarşı bu, tətbiq olunmayıb.

ABŞ Prezidenti rəsmi Tehranı yeni danışıqlara çağırıb. O deyib ki, 2015-ci ildə keçmiş prezident Barak Obama ilə İran arasında bağlanan nüvə razılaşması artıq öz qüvvəsini itirib.

Xəbər lenti