Xəzər Xəbər

Pompeo Şimali Koreyadan 3 amerikalı ilə qayıdıb

Dünya | 11:35 • 10 May 2018
Pompeo Şimali Koreyadan 3 amerikalı ilə qayıdıb

Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In ABŞ prezidenti Donald Trampın xahişi ilə həbsdə olan 3 amerikalını əfv edib. Bu barədə "Renhap" agentliyi məlumat yayıb.

KXDR lideri tərəfindən əfv olunanara azad edilən Amerika vətəndaşları 2015-ci ildə saxlanılan pastor Kim Don Çxol, ötən ilin aprelində həbs olunan Politexnik Universitetinin müəllimi Toni Kim və onun həmkarı Kim Xak Son olub.

Şimali Koreyaya ikinci dəfə səfər edən ABŞ-ın dövlət katibi Mayk Pompeo ölkəsinə qayıdarkən azadlığa çıxan 3 amerikalını da özü ilə aparıb.

Rubrikanın digər xəbərləri

Xəbər lenti