Xəzər Xəbər

ABŞ-dan 6 ölkəyə sanksiya – Siyahıda Türkiyə də var

Dünya | 10:38 • 10 May 2018
ABŞ-dan 6 ölkəyə sanksiya

ABŞ Dövlət Departamenti kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması məqsədilə Türkiyə də daxil olmaqla 6 ölkənin müdafiə sənayesi strukturlarını sanksiya siyahısına daxil edib.

Siyahıya Türkiyə ilə yanaşı, Rusiya, İran, Suriya, Şimali Koreya və Səudiyyə Ərəbistanı daxil edilib. Məsələ ilə bağlı son qərar bu gün açıqlanacaq.

Sənəddə bildirilir ki, qərar İran, Suriya və Şimali Koreyadan silah alan dövlətlərin cəzalandırılmasını özündə əks etdirir. Bu məqsədlə Türkiyənin Seden Dənizçilik Xidmətləri Sənayesi və Ticarət Limited Şirkəti sanksiyaya məruz qalıb.

Departamentin qərarı 6 ölkədən 28 şirkət və şəxsə şamil edilib. Sanksiyalar 2 il ərzində qüvvədə olacaq.

Qeyd edək ki, ABŞ ayın 9-da Rusiyanın "Rosoboroneksport” silah şirkətinə sanksiya tətbiq edib./teleqraf

Xəbər lenti