Xəzər Xəbər

Əsəd III Dünya müharibəsindən DANIŞDI: “Rusiya...”

Dünya | 10:32 • 10 May 2018
Əsəd III Dünya müharibəsindən DANIŞDI:

"Rusiya Suriya münaqişəsinin Üçüncü Dünya müharibəsinə kimi böyüməsinə imkan verməyəcək”.

"Russia Today” telekanalının saytı xəbər verir ki, bunu Suriya prezidenti Bəşər Əsəd deyib.

"Çünki, xoşbəxtlikdən, Rusiyada müdrik rəhbərlik mövcuddur”, - Suriya lideri bildirib.

Dövlət başçısı həmçinin Rusiya və ABŞ-ın münasibətlərini "soyuq müharibə” dövründən daha mürəkkəb adlandırıb.

"Ümid edirəm ki, biz bu super dövlətlər arasında heç bir birbaşa münaqişə görməyəcəyik. Çünki, bu dövlətlər arasında birbaşa münaqişə bütün dünyada vəziyyəti nəzarətdən çıxaracaq”, - Əsəd əlavə edib.

Xatırladaq ki, CBS telekanalı və "YouGov” şirkəti tərəfindən 2017-ci ildə keçirilmiş sorğunun nəticələrinə görə, amerikalıların 30 faizi ABŞ-ın III Dünya müharibəsinə gedən yolda olduğuna əmindir. Həmçinin, respondentlərin 48 faizi ABŞ-ın potensial münaqişəyə girmə imkanlarını istisna etmir.

Amerikalı senator Bob Korker isə hesab edir ki, Amerika lideri Donald Tramp ölkəni III Dünya müharibəsinə gətirib çıxara bilər./publika.az

Rubrikanın digər xəbərləri

Xəbər lenti