Xəzər Xəbər

MKİ direktoru postuna namizəd sualı cavabsız qoydu

Dünya | 10:08 • 10 May 2018
MKİ direktoru postuna namizəd sualı cavabsız qoydu
ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru postuna namizəd Gina Haspel Senatda dindirilmə zamanı çətin anlar yaşayıb.

"Rossiya 24" kanalı bildirir ki, amerikalı senatorlar Haspelə işgəncələrlə bağlı sual verərkən sonuncu cavab verməkdə çətinlik çəkib.

"Əxlaqdan kənar işgəncələri dindirilmə üsulu hesab edirsinizmi", sualını cavablandıran Gina Haspel söz verib ki, işində heç vaxt sərt metodlara əl atmayacaq. Lakin Taylanda həbsxanaya rəhbərlik etdiyi vaxtda dustaqlara tətbiq olunan dindirilmə prosesi ilə bağlı sual isə cavabsız qalıb./FaktXəbər

Xəbər lenti