Xəzər Xəbər

Türk ordusu İdlibə yerləşir: Son 2 məntəqə

Dünya | 18:05 • 9 May 2018
Türk ordusu İdlibə yerləşir:

Türkiyə Silahlı Qüvvələri Suriyanın İdlib şəhərində 10-cu müşahidə məntəqəsinin yaradıldığını açıqlayıb.

Türkiyə ordusuna məxsus hərbi kortej artıq sözügedən məntəqəyə yerləşib.

Məlumata görə, yeni müşahidə məntəqəsidən Hələbin qərbindəki cəbhə xəttinə nəzarət etmək mümkün olacaq. Həmin mövqeyin qarşısında Əsəd ordusuna məxsus atəş nöqtələri yerləşir.

Qeyd edək ki, Astana razılaşmasına əsasən, Türkiyə İdlibdə 12 müşahidə məntəqəsi yaradacaq./axar.az

Xəbər lenti