Xəzər Xəbər

Tacikistanda şiddətli zəlzələ: 9 ölkə silkələndi

Dünya | 17:54 • 9 May 2018
Tacikistanda şiddətli zəlzələ:

Tacikistan-Əfqanıstan sərhədində 6,2 bal gücündə zəlzələ baş verib.

Təkanlar zamanı Əfqanıstanın paytaxtı Kabildə bəzi binalarda çatlar əmələ gəlib, böyük həyəcan keçirən sakinlər küçələrə çıxıb.

Zəlzələnin mərkəzi Tacikistanın İsxoşim əyalətindən təxminən 30 km məsafədə yerləşib. Hadisə nəticəsində insan tələfatının olması haqda məlumat yoxdur.

Qeyd edək ki, şiddətli zəlzələ Çin, Hindistan, Pakistan, Türkmənistan, Qırğızıstan, Qazaxıstan və Özbəkistanda da hiss edilib./axar.az

Xəbər lenti