Xəzər Xəbər

İŞİD Dağıstanda türbəni partlatdı FOTO

Dünya | 17:37 • 9 May 2018
İŞİD Dağıstanda türbəni partlatdı

Dağıstanın Yeni Çirkey kəndində Səid Əfəndi türbəsini partlatmaqda məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb. Bu barədə İŞİD-in «Qafqaz əmirliyi» adlanan qolu xəbər yayıb.

Qeyd edək ki, tanınmış ilahiyyatçının məzarına ötən gecə hücum olub. İkin nəfər maskalı şəxs əllərində kuvalda ilə başdaşını və tikilini dağıdıb. Sonra isə partlayıcı quraşdıraraq türbəni partladıb.

Şeyx Səid Əfəndi 2012-ci ilin avqustun 28-də öz evində intiharçının terroru nəticəsində həlak olmuşdu./faktxəbər

Xəbər lenti