Xəzər Xəbər

Konqres İrana görə Trampı kəskin tənqid etdi

Dünya | 17:12 • 9 May 2018
Konqres İrana görə Trampı kəskin tənqid etdi
Trampın İranla nüvə sazişindən çıxmaq qərarı ABŞ Konqresində tənqid edilib.


Demokratların əksəriyyəti və hətta Respublikaçılar partiyasının bir çox üzvü Trampın bu addımını "tarixi miqyaslı səhv” adlandıraraq bildiriblər ki, İranın müqavilənin şərtlərini pozduğuna dair heç bir sübut olmayıb. Konqresmenlərin sözlərinə görə, hazırda İranın nüvə yox, Suriyadakı fəaliyyəti daha çox təhdid yaradır ki, Trampın qərarilə ABŞ Tehran üzərində təzyiq rıçaqından da tamamilə məhrum oldu. Onlar həmçinin Müştərək hərtərəfli fəaliyyət planından çıxmağın ABŞ və müttəfiqləri arasında uçuruma, nətəcədə isə ölkənin təcrid olunmasına gətirib çıxaracağını bildiriblər.



Trampın qərarına nüvə sazişinin memarlarından olan, Amerikanın sabiq prezidenti Barak Obamadan da münasibət gəlib. "Bu, ciddi səhvdir. Saziş olmadan ABŞ son nəticədə nüvə silahına malik İranla, Yaxın Şərqdə daha bir məğlub müharibə qarşısında qalacaq.”- deyə Obama bildirib.



2016-cı il prezident seçkilərində Trampın rəqibi olan Hillari Klinton da onun qərarını kəskin şəkildə qınayıb: "Bu, ABŞ-ın təhlükəsizliyi və avtoritetinə ziyan vurur. Çünki İran indi daha təhlükəlidir. Bəs "Plan-B” nədən ibarətdir? Kimlər ki düşünürsə, cavab bombardmandır, yanılır.” Hillariyə görə, ABŞ avtoritetinin zədələndiyi indiki məqamda İranı ikinci dəfə danışıqlar masasına qaytarmaq daha çətin olacaq. Qeyd edək ki, hazırda ABŞ konqresmenləri Trampın İranla nüvə sazişindən çıxmaqla bağlı qərarının icrasına mane olmaq üçün yollar axtarırlar. /azvision.az

Xəbər lenti