Xəzər Xəbər

Macarıstanda Afrika taunu ocağı aşkar edilib

Dünya | 16:32 • 9 May 2018
Macarıstanda Afrika taunu ocağı aşkar edilib

Daha iki ölkə Macarıstandan donuz idxalına qadağa qoyduğunu elan edib. 


Xezerxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, Macarıstan ərazisində donuzlarda Afrika taunu (ASF) ocağının yaranması barədə məlumatlara görə Belarus və Cənubi Afrika Respublikası bu ölkədən nə donuz əti, nə də diri donuzlar idxal etməyəcəklər.


Qeyd edək ki, Macarıstanın şimal bölgəsində bir qabanda Afrika taunu aşkar edilib. Bir sıra ölkələr, o cümlədən Serbiya, Yaponiya, Tayvan, Sinqapur və Koreya Respublikası Macarıstandan donuz və donuz məhsullarının idxalına qadağa qoyulduğunu elan ediblər. İndi Aİ-yə daxil olmayan daha iki ölkə həmin qadağaya qoşulub. Aprelin 26-dan başlayaraq Belarus, habelə Cənubi Afrika Respublikası.


ASF virusu yalnız Heveş qraflığında bir vəhşi qabanda aşkar edilsə də, qadağa Macarıstandan olan bütün ixraca şamil edilib.

Xəbər lenti