Xəzər Xəbər

Daha bir ölkə Trampı dəstəklədi

Dünya | 14:01 • 9 May 2018
Daha bir ölkə Trampı dəstəklədi
Birləşmiş Ərəb Əmirlikləri ABŞ prezidenti Donald Trampın İranla nüvə sazişindən çıxmaq barədə qərarını dəstəkləyib.


Bu barədə ölkənin xarici işlər nazirliyinin rəsmi saytında yerləşdirilən bəyanatda deyilir. Qeyd olunub ki, rəsmi Əbu-Dabi digər ölkələri də Trampın qlobal təhlükəsizlik və sabitliyin dəstəklənməsi məqsədilə Yaxın Şərqdə nüvə və digər kütləvi qırğın silahlarından azad zonanın yaradılmasına yönələn bu qərarını dəstəkləməyə çağırır.

"Çünki Müştərək Hərtərəfli Fəaliyyət Planı İranın gələcəkdə nüvə silahından istifadə etməkdən vaz keçəcəyinə zəmanət vermir” – deyə bəyanatda qeyd olunur.

Bununla da, İsrail və Səudiyyə Ərəbistanından sonra Trampın İranla nüvə sazişindən çıxmaq qərarını dəstəkləyən dövlətlərin sayı 3-ə çatıb.

Xəbər lenti