Xəzər Xəbər

Rusiya ən yeni silahlarını göstərdi - FOTO

Dünya | 13:38 • 9 May 2018
Rusiya ən yeni silahlarını göstərdi -

Bu gün Moskvada İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 73-cü ildönümü münasibətilə hərbi parad keçirilib.

Modern.az saytının Rusiya KİV-nə istinadən məlumatına görə, paradda Rusiya prezidentiVladimir Putin, İsrailin baş naziriBenyamin Netanyahu, Serbiya prezidenti Aleksandr Vuçiç, dövlət və hökumət rəsmiləri iştirak ediblər.

Parada ümumilikdə 13 min insan qatılıb.

Təntənəli marşdan sonra hərbi texnikaların paradı olub.

"Paradda ilk dəfə olaraq ən müasir silahlar nümayiş etdirilib. Belə ki, "Terminator” atəş dəstəkli döyüş maşınları, "Uran-6” robottexnika kompleksləri, "Uran-9” çoxfunksiyalı döyüş kompleksi, pilotsuz uçuş aparatları olan "Katran” və "Korsar” nümayiş olunub”- bunu Rusiyanın Müdafiə Nazirliyi bəyan edib.

Bundan başqa "Smerç” reaktiv yaylım atəşi sistemləri, "Tayfun-K”, "Patrul” zirehli avtomobilləri, "Tor-M2” zenit-raket kompleksi, nümayiş etdirilib.

Quru qoşunların "T-90", "Armata" tankları, "Kurqanets-25" BMP, "Rakuşka" zirehli transportyoru, "Kolasiya CV" özüyeriyen haubitsalar, piyadaların döyüş maşınları, operativ-taktiki "İsgəndər-M” raketləri, , "Buk-M2", "Pantsir-S", S-400 "Triumf" hava hücumundan müdafiə sistemləri, "Topol-M” və "Yars" qitələrarası ballistik raketləri göstəriliib.

Paradda həmçinin "Kinjal” hipersəsli raket kompleksləri də nümayiş olunub.

Xəbər lenti