Xəzər Xəbər

Rusiyada Azərbaycan neftinə abidə ucaldılıb - FOTO

Dünya | 13:08 • 9 May 2018
Rusiyada Azərbaycan neftinə abidə ucaldılıb -

Moskva ətrafındakı İstra şəhərində Azərbaycan neftinə abidə ucaldılıb.


Xezerxeber.az AZƏRTAC xəbər verir ki, faşizm üzərində Qələbənin 73-cü ildönümü ərəfəsində İstra şəhərindəki Lenin-Sneqiryov Hərbi Tarix Muzeyinin ərazisində Azərbaycan neftinin şərəfinə abidə ucaldılıb. Abidə neft buruğu formasında hazırlanıb.


Abidənin açılışında İstra şəhərinin meri Aleksandr Skvarkov, Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Vüqar İmaməliyev, Moskva vilayəti Azərbaycan Milli-Muxtariyyətinin rəhbəri Elşən İbrahimov çıxış edərək Böyük Vətən müharibəsində Sovet İttifaqının Qələbəsində Azərbaycan neftinin həlledici rolundan danışıblar.


Açılış mərasimi Böyük Vətən müharibəsinə həsr olunmuş şeir və mahnılardan ibarət kompozisiya ilə davam edib.

Xəbər lenti