Xəzər Xəbər

Türkiyə ABŞ-dan F-35 qırıcısı alacaq - Tarix açıqlandı

Dünya | 13:06 • 9 May 2018
Türkiyə ABŞ-dan F-35 qırıcısı alacaq -

Türkiyə iyunun 21-də ABŞ-dan ilk 5-ci nəsil F-35 qırıcısı alacaq.


Bunu Türkiyənin Müdafiə Sənayesi Katibliyinin baş direktoru İsmayıl Dəmir deyib.


O bildirib ki, F-35-in alışından sonra Türkiyə Hərbi Hava Qüvvələrinin pilotlarına qırıcını idarə etmək üçün təlim keçiriləcək.


İ.Dəmir qeyd edib ki, 2019-cu ildə Türkiyə daha bir neçə F-35 qırıcısı alacaq.


Xatırladaq ki, bundan əvvəl Vaşinqton və Ankara Türkiyəyə təqribən 100 ədəd F-35 qırıcı təyyarəsinin tədarük olunması ilə bağlı razılığa gəlmişdilər. (Trend)

Xəbər lenti